Yuxarı

Rabitə nazirindən mükafat yağışı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlik I Avropa Oyunlarında rabitə, internet xidmətləri və televiziya yayımı ilə təmin olunmasında iştirak etmiş şəxsləri mükafatlandırıb.

Axar.az xəbər verir ki, mükafatlandırma nazir Əli Abbasovun əmri ilə həyata keçirilib. Əmrə əsasən, Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir qisim əməkdaşı da Fəxri Fərmanla təltif edilib.

Nazir həmçinin birinci müavini İltimas Məmmədovu, nazirliyin İnfrastrukturun inkişafı şöbəsi Telekommunikasiya sektorunun müdiri Nazim Cəfərovu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) baş direktorunun müavini Əhməd Mehdiyevi, Dövlət Radio Tezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyevi, DRİ-nin mühəndisi Şamil Qasımzadəni, Məlumat Hesablama Mərkəzinin baş mühəndisi Sahib Nəcəfovu, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanovu Fəxri Fərmanla təltif edib.

Həmçinin, BTRİB, DRİ, "Aztelekom" İB, "Azərkosmos" ASC, "Teleradio" İB, "Azərmarka" MMC, "Azercell Telekom" MMC, "Bakcell" MMC, "Azerfon" MMC, "DeltaTelecom LTD" MMM, "Telecomİnvest" MMC, "Eurodesign" QSC də Fəxri Fərmanla təltif edilib.

Oyunların rabitə və internet xidmətləri, televiziya yayımı və informasiya təhlükəsizliyi ilə təmin olunmasında fəal iştirak etmiş bəzi əməkdaşlar isə pul məbləği ilə mükafatlandırılıb.

Tarix
2015.07.02 / 13:31
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Heydər Əliyev Universiteti yaradılsın - Təklif

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış edir

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla