Yuxarı

SOS: Azərbaycanda azyaşlı narkomanlar...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanda 2014-cü ilin rəsmi statistikasına əsasən, narkomanların ümumi sayı 28656 nəfər təşkil edib.

Onlardan 23042 nəfərini dispanser qeydiyyatında olanlar, 5614 nəfərini isə profilaktik qeydiyyatda olanlar təşkil edir".

Bu barədə Publika.az-a Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin sədr müavini Leyla Yolçiyeva məlumat verib. L.Yolçiyevanın sözlərinə görə, onlardan 666 nəfəri anonim müalicə alanlar, 52 nəfəri isə toksikomanlardır.

L.Yolçiyeva bildirib ki, ən çox narkotik vasitə Azərbaycanın cənub bölgəsində istifadə olunur: "Lənkəranda, Masallıda, Cəlilabadda narkoisfadəçilərin sayı daha çoxdur və onların yaş həddi də aşağıdır. İstifadəçilər arasında 12-13 yaşlı yetkinlik yaşına çatmayan məktəblilərə də rast gəlinir. Respublikamızda məktəbyaşlı uşaqlar arasında 14 yaşlı bir nəfər, 15-17 yaş həddində isə 5 nəfər, ümumi olaraq 6 nəfər narkotik istifadəçisi var. Azyaşlıların narkotikdən istifadə etməsi isə onların daha çox məlumatsız olmalarından irəli gəlir".

Səhiyyə Nazirliyinin 2014-cü ilin narkomanların sayına dair rəsmi statistikası ilə 2013-cü ilin narkomanlarla bağlı statistikasını müqayisə etdikdə görünür ki, ölkədə narkomanların sayı artan xətt üzrə inkişaf edir.

Xatırladaq ki, 2013-cü ildə rəsmi qeydiyyata alınmış narkomanların sayı 27 min 910 nəfər təşkil edib, 2011-ci ildə Azərbaycanda narkomanların sayı 26 716, 2010-cu ildə isə 25 489 nəfər olub.

Statistika təsdiqləyir ki, ölkədə 2013-cü illə müqayisədə 2014-cü ildə narkoman qadınların da sayında artım baş verib. Belə ki, 2013-cü ilə rəsmi statistika ilə narkoman qadınların sayı 528 nəfər, ötən il isə 554 nəfər olub. Bu rəqəmlər göstərir ki, rəsmi olaraq narkoman qadınların sayında 26 nəfər artım var.

Azərbaycana tranzit ölkə olduğuna, Rusiyanın qara bazarlarına, Avropa ölkələrində satıldığına görə bizə ən çox narkotik İrandan və Əfqanıstandan gətirilir. Əfqanıstandan gətirilən narkotik Amerikaya, Avropa ölkələrinə, digər ölkələrə aparılır.

L.Yolçiyevanın sözlərinə görə, bu səbəbdən ölkəmizdə narkotik istifadəçilərinin mövcud olması real hadisədir.

Qeyd edək ki, narkomanların bəziləri müalicə üçün həkimə çox gec müraciət etdiklərinə görə, onlara kömək etmək çox çətin olur.

Tarix
2015.07.03 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla