Yuxarı

Polis cinayətkar üçün belə tələ qurdu - Zaqatalada

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Dövlət Təbiət Qoruğunda narkotik xassəli çətənə bitkisi aşkar edilib.

Axar.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsinin əməkdaşları və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Reyd zamanı qoruğun Axkimal sahəsinin 7 saylı dolayının 115 nömrəli kvartalında ölçüsü 7x8 metr olan sahədə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən bitki aşkar edilib. Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və sözügedən sahəyə foto-video tələ yerləşdirilib. 03 iyul 2015-ci il tarixində əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.

Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı istintaq tədbirləri aparılır.

Tarix
2015.07.07 / 13:00
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla