Yuxarı

Şuşa sakininin 28 il sonra evindən tapdığı yeganə əşya - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 il sonra azadlığına qovuşan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa indi yaralarını sarıyır. Şuşalılar isə evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir.

Axar.az xəbər verir ki, bu sözlər “Haber Global”ın 28 il sonra öz evinə geri dönən şuşalı, 61 yaşlı Aydın Qasımov barədə süjetində qeyd olunub.

Aydın Qasımov doğulduğu, boya-başa çatdığı, ailə qurduğu, övladlarının doğulduğu Şuşa şəhərinə 28 il sonra geri qayıdıb.

“Bu günə çox şükür edirəm ki, artıq yenə də Şuşadayıq. Bu gün mən öz evimdəyəm”, - deyə A.Qasımov bildirib.

Şuşada olmağın sevincini yaşayan A.Qasımov şəhərin işğalı zamanı yaşadıqlarından da bəhs edib:

“Bir axşam evə gəldim, gecə şəhəri raketlə vurmağa başladılar. Uşaqlar əllərimdən tutmuşdular, ilk dəfə həyatımda uşaqlara görə qorxudan dizlərimin əsdiyini hiss etdim. Bir anlıq özümü itirdim”.

A.Qasımov Şuşada vaxtilə yaşadığı evi də ziyarət edib. Lakin illər sonra bir zamanlar onun kiçik oğlunun dünyaya gəldiyi evdə onu sadəcə quru divarlar qarşılayıb. Şuşa sakini qeyd edib ki, mənzildə yalnız vaxtilə zivəni saxlamaq üçün hazırladığı dəmir indiyə qədər qalıb.

Ətraflı “Haber Global”ın süjetində:

Tarix
2021.07.20 / 11:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla