Yuxarı

“Antep Lahmacun” cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 383 ictimai iaşə obyektində 666 monitorinq keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

Bakı şəhəri, Xətai ‎rayonu, Xocalı pr. 14 ünvanında yerləşən, hüquqi şəxs Beat Restaurants MMC-yə məxsus “Pakhlava” çay evi;

Bakı şəhəri, Sabunçu ‎rayonu, Fətəliyev küçəsi 56e ünvanında yerləşən, fiziki şəxs Şirinov Nicat Mahmud oğluna məxsus çay evi;

Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 65C‎ ünvanında yerləşən, hüquqi şəxs Başarı MMC-yə məxsus “Antep Lahmacun” restoranı;

Bakı şəhəri, Yasamal rayonu, Müşfiq heykəli parkında‎ yerləşən, fiziki şəxs Mikayılzadə Ramiz Mikayıl oğluna məxsus restoran;

Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küçəsi 15 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Salman Ağahəsən oğluna məxsus “Beer Daha” pub;

Bakı şəhəri, Binəqədi rayonu, S. Axundov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Tərlan Əlirza oğluna məxsus “Cirə” restoranı;

Bakı şəhəri, Nərimanov rayonu, Xoyski pr. 830-835-ci məhəllə ünvanında yerləşən, hüquqi şəxs Fryday MMC-yə məxsus kafe;

Tərtər rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Bayramov Seymur İlham oğluna məxsus "Yadigar" kafesi;

Ağdaş rayonu, H. Əliyev prospektində yerləşən, fiziki şəxs Abdullayev Elşən Raqif oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Tarix
2021.07.23 / 17:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla