Yuxarı

Tovuzda şadlıq evlərində yoxlamalara başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda şadlıq evlərində yoxlamalara başlanıldı

Tovuz Rayon Pols Şöbəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərində monitorinq keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, tədbir zamanı şadlıq evi rəhbərlərinə Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi, personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.

Polis əməkdaşları mərasimə dəvət olunan qonaqların COVID-19 pasportu olub-olmamasını da yoxlanılıb. Araşdırmalar zamanı COVID-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.

Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı rayon ərazisində keçirilən toy mərasimləridə 22 qayda pozuntusu müəyyən edilib ki, onlardan 2-si şadlıq saraylarında aşkar olunub. 20-si isə fərdi yaşayış evlərində keçirilən toy mərasimləri zamanı aşkarlanan qayda pozuntularıdır. Aşkar edilən hər bir fakt üzrə polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə inzibati protokol tərtib edib.

Tarix
2021.08.01 / 12:37
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan əsgəri 20 km dərinliyə necə gedə bilib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla