Yuxarı

MM-də Eldəniz Səlimov müzakirəsi: Rəy verildi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:00

Milli Məclisin İntizam komissiyasının iclası başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, toplantıda Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” Milli Məclisə göndərdiyi təqdimata baxılır.

Komissiya deputatın toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edəcək.

***

Milli Məclisin İntizam komissiyasının bu gün keçirilən iclasında deputat Eldəniz Səlimov çıxış edib.

Toplantıda deputat etdiyi əməli etiraf edərək həmkarlarından üzr istəyib.

E.Səlimov toplantıda çıxışı zamanı uzun müddət Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olduğunu və dövlətə xidmət etdiyini qeyd edib.

Sonda komissiya üzvlərinin hamısı (11 nəfər) Baş prokuror Kamran Əliyevin “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə göndərdiyi təqdimatın lehinə səs veriblər. Bununla da komissiya deputat E.Səlimovun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.

Məsələ müzakirələrdən sonra parlamentin sabah - avqustun 3-də keçiriləcək plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, iyulun 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyası çağırılıb. Sessiyanın ilk iclasında "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələyə baxılacaq.

Tarix
2021.08.02 / 13:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dağıstandakı hücum teraktdırsa, Putin niyə susur?

Xovayev Bakıya gəldi, Rokföy isə oyundankənardır

Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik

Ermənistana bunun üçün dəfələrlə təklif göndərmişik

Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Qərar verirlər, ancaq bunun arxasında... - General

ABŞ-da Bakı və İrəvan arasında müzakirə keçirilir

Bakı və Moskva arasında məsləhətləşmələr keçirildi

Azərbaycan XİN Sloveniyanı təbrik etdi

XİN rəhbəri İqor Xovayev ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla