Yuxarı

Azərbaycanda immunitetə uyğun ştamm yaranır? – Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda immunitetə uyğun ştamm yaranır? – Həkim

Azərbaycanda da insanların immunitetinə uyğun yeni bir ştamm yarana bilər.

Axar.az xəbər verir ki, bunu həkim-infeksionist Gülnarə Əhmədova Trend-ə açıqlamasında deyib.

O bildirib ki, virusa görə həyat dayana bilməz:

"Sadəcə, insanlar anlamalıdırlar ki, bu, yoluxucu xəstəlikdir. Maska taxmaq məsafə saxlamaq, əllərin təmizliyinə, gigiyenaya fikir vermək boş yerə tövsiyə edilmir. Bu, insan immunitetindən asılı olan xəstəlikdir. Düşünürəm ki, getdikcə orqanizm virusu zəiflədəcək. Digər tərəfdən də vaksinasiya aparılır. Lakin vaksinasiyanın effektini yalnız hər yerdə eyni vaxtda aparılsa, görə bilərik. Proses uzanmamalıdır. Hamı tez, bir vaxtda və sürətlə vaksinasiya olunmalıdır".

Ekspert Azərbaycanda da koronavirusun yeni bir ştammının üzə çıxa biləcəyini deyib:

"Mütləq deyil ki, Azərbaycanda və ya digər ölkədə ancaq "Delta" ştammı üzə çıxmalıdır. Mutasiyada hansısa ardıcıllıq olmur. Ştamm müəyyən bir ölkənin insanlarının həyat tərzinə uyğun olaraq ortaya çıxır. Bildiyiniz kimi, "Delta" ştammı Hindistanda tapılıb. Orada insanların yaşayış səviyyəsi aşağı olduğundan, immunitetləri bakteriya və viruslara daha çox öyrəşib. Ona görə də burada mutasiyaya uğrayan variant daha güclüdür. Azərbaycanda da insanların immunitetinə uyğun başqa bir ştamm yarana bilər. Mən bunun hansı gücdə olacağını deyə bilmərəm. Lakin yeni bir ştammın ortaya çıxacağı istisna edilmir".

Tarix
2021.08.02 / 21:37
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Laosun yeni səfirini qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Yeni ombudsman bu gün seçiləcək

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla