Yuxarı

Tovuzda yeni avtomobil tuneli inşa edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tovuzda yeni avtomobil tuneli inşa edilir

Prezident İlham Əliyevin Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz şəhərinin Rövşən Məmmədov küçəsindən keçən hissəsində avtomobillərin və piyadaların rahat hərəkətini təmin edəcək yeni yol qovşağının tikintisi üçün imzaladığı sərəncama əsasən işlər icra olunur.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, ətrafda yaşayan, o cümlədən sözügedən kəsişmədən istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək üçün dəmiryolu xəttinin altından yeni avtomobil tunelinin inşası davam etdirilir. Yeni tunelin qapalı hissəsinin uzunluğu isə 30 metr olmaqla açıq hissəsi (yanaşma yollar) ilə birgə ümumi uzunluğu 420 metr təşkil edəcək. Avtomobil tuneli hər birinin eni 4 metr olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin qapalı hissəsinin ümumi eni isə 11 metr olacaq.

Tunel boyu hər bir istiqamət üzrə 120 və 150 metr uzunluğunda yan yolların və piyada səkilərinin inşası da layihə üzrə görüləcək işlərdəndir.

Hazırda tikinti ərazisində torpaq işləri davam etdirilir, yolun genişləndirilməsi üçün söküntü və tikinti ərazisinə düşən maneələrin və kommunikasiya xətlərinin köçürülməsi, həmçinin svayların vurulması üzrə işlər icra olunur. Ərazidə artıq 154 svay vurulub və yeni inşa edilən tunelin qapalı hissəsinin yarısı hazırdır, digər yarıısnda isə müvafiq olaraq işlər davam etdirilir.

Əvvəllər bu ərazidə mövcud olan tunelin müasir standartlara cavab verməməsi, üstəlik ensiz olması hərəkət iştirakçıların rahat və təhlükəsizliyini təmin etmirdi. Köhnə tuneldən yalnız minik maşınları istifadə edə bilirdi, piyadalar üçün səkilər mövcud deyildi. Bu üzdən piyadalar dəmir yolu xətlərinin üzərindən keçməyə məcbur edilər. Bu isə ərazidə təhlükəli vəziyyət yaradırdı. Yeni tunel istifadəyə verildikdən sonra isə qabaritindən asılı olmayaraq burdan bütün avtonəqliyyat vasitələri istifadə edə biləcək. Yeni inşa ediləcək piyada səkiləri vasitəsi ilə isə vətəndaşlar rahat və təhlükəsiz şəkildə dəmir yolu xəttini kəsib keçmədən öz yollarına davam edə biləcəklər.

Avtomobil tuneli “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Tarix
2021.08.03 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bu körpünün tikintisi bitsə, bu tıxaclar aradan qalxacaq

İlham Əliyev Kiqali Düzəlişini təsdiqlədi

Tramp Əliyev haqda: Onunla düşmən olmaq... - Video

Bakı önündə bu öhdəliyi götürməmişik - Mirzoyan

ATƏT sədrinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu - Video

Həm İran, həm də Rusiya ilə əlaqələr... - Mustafayev

Londonun Bakıya embarqonu ləğv etməsinin səbəbi

Azərbaycanlılar üçün Türkiyədə yeni imkanlar açıldı

MSK toplanır: Bu deputatın mandatına xitam verilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla