Yuxarı

Qəsdən öldürülən 33 qadın: Komitə hansı işlər görür?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nə qədər erkən müdaxilə olsa, məsələ fiziki münaqişə zəmininə, qətlə qədər gəlib çıxmaz. Bu səbəbdən bölgələr üzrə daha çox ucqar kəndlərə mütəxəssislər cəlb olunur. Qəsdən qətlə yetirilən 33 qadının arasında bir çoxunun uşağı var. Ata həbsə gedir, ana isə qətlə yetirilir. Ortada qalansa uşaqdır. Bu halda uşaq qanunla yaxın qəyyuma verilməlidir, dövlət isə psxiloloji cəhətdən uşaqla məşğul olmalıdır. Uşağın yaşı 8-9-u keçərsə, hər birini nəzarətə götürürük. Ərazi üzrə İH-lərdəki monitorinq qruplarımızın psixoloqları həmin uşaqlarla işləyir.

Bu sözləri Axar.az-a Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Məişət zoraklılığı ilə iş üzrə sektorunun baş məsləhətçisi Tural Hüseynzadə deyib.

“Əsas işimiz ailə zəminində baş verən münaqişənin cinayət tərkibi alana qədər olan mərhələdə qarşısını almaqdan ibarətdir. Komitədə məsul əməkdaşlarımız ailə münaqişəsi ilə bağlı hər hansı məlumat aldıqda dərhal profilaktik tədbirlərə keçirlər. Şikayətlər 3 formada qəbul edilir. Vətəndaş Komitəyə müraciət etdikdə, əgər nömrəsi yoxdursa, həmin vətəndaş yerli icra hakimiyyətlərində yerləşən monitorinq mərkəzlərimiz tərəfindən araşdırılır. Məlumat sosial şəbəkədən əldə olunubsa, bu zaman xəbəri paylaşan mənbədən məlumat alıb işə başlayırıq. Heç bir məlumat olmadığı halda ərazi üzrə polis bölməsi vasitəsilə vətəndaşı tapırıq.

Bəzən qətlə yetirilən qadın barədə araşdırma apararkən məlum olur ki, heç kimə problemi ilə bağlı müraciət etməyib. Bəzən müraciət etdiyi qurum məsələni həll edib, sonradan yenə evə qayıdanda tərəflər arasında aqressiya yaranıb. Ən həssas yanaşdığımız məsələlərimizdən biri yerli İH-lərdə fəaliyyət göstərən monitorinq qruplarındakı psixoloqların, həkimlərin təcrübəsini artırmaqdır. Psixoloqların münaqişə baş verən ailələrlə görüşünə Komitənin nümayəndələri də qatılır. Bəzən görüşlər fərdi qaydada keçirilir. Məişət zorakılıqlarının başında psixoloji zorakılıq dayanır. Ən son həddi isə fizikidir. Bu halda ailə üzvləri ilə görüşlər fərdi qaydada keçirilir”, - mütəxəssis bildirib.

T.Hüseynzadə qeyd edib ki, əgər xəsarət varsa, əvvəlcə hüquq-mühafizə orqanlarına məlumat verilir:

“Himayədə uşaq varsa, uşaqla ayrıca söhbət aparılır. Ehtiyac olduğu halda, uşaq azyaşlıdırsa, bir neçə dəfə təkrar görüşlər keçirilir. Elə məqam olub ki, uşaq ailədən ananın müraciəti əsasında uzaqlaşdırılıb. Vəziyyət çox ağır olduqda, ana və uşaq birlikdə evdən uzaqlaşdırılır. Əks halda qadın intihar vəziyyətinə gəlib çata bilər. Ümumiyyətlə, qadınların qətl halı yaxın qohumları tərəfindən törədilir. Bəzən münaqişə başladığı an məlumatımız olub, məsələyə müdaxilə edə bilmişik”.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına əsasən, təkcə bu ilin I yarımili ərzində baş verən qəsdən adam öldürmə cinayətləri nəticəsində 33 qadın qəsdən qətlə yetirilib.

Tarix
2021.08.13 / 09:15
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla