Yuxarı

Kamal Abdulla Hindistan səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulla Hindistan səfiri ilə görüşdü

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavla görüşüb.

Axar.az xəbər verir ki, səfiri rəhbərlik etdiyi təhsil ocağında görməkdən məmnun olduğunu deyən rektor, iki ölkə arasında təhsil sahəsində əlaqələrin bundan sonra da inkişaf edəcəyinə inandığını diqqətə çatdırıb. Kamal Abdulla əlavə edib ki, ADU-da müasir dillərin öyrənilməsi ilə yanaşı qədim dillərin öyrənilməsinə də böyük əhəmiyyət verilir:

“Klassik dillər deyəndə ilk növbədə latın və sanskrit dilləri yada düşür. Sanskrit dili bir filoloqun yetişməsi üçün son dərəcə vacib şərtdir. İnanıram ki, sanskritin öyrədilməsi müasir hind dilinin öyrənilməsinə də kömək edəcək”.

ADU-nun rektoru əlavə edib ki, universitetdəki Hindistan mərkəzi öz işini yenidən təşkil edəcək:

“Bu mərkəz hind mədəniyyətini və elmini təbliğ etməkdə yenə böyük işlər görəcək”.

Səfir Bavitlunq Vanlalvav təhsil və mədəniyyət istiqamətindəki dəstəyinə görə rektora təşəkkürünü bildirib. O, qeyd edib ki, sanskrit dilinin tədrisi ilə bağlı səfirlik üzərinə düşən məsələlərdə bütün mümkün dəstəyi verməyə hazırdır:

“İnanıram ki, Azərbaycan Dillər Universiteti və Hindistanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı ilə müsbət nəticə əldə edəcəyik. Hindistan mərkəzinin fəaliyyətinə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm”.

Tarix
2021.09.14 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla