Yuxarı

Kəmaləddin Heydərov Cahid Bağçı ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Cahid Bağçı ilə görüşdü

Sentyabrın 20-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahid Bağçı ilə görüşüb.

Axar.az xəbər verir ki, nazir K.Heydərov səfir C.Bağçını səmimi salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib.

O xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir C.Bağçı Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün hər iki ölkə başçılarının gördüyü çoxşaxəli fəaliyyəti qeyd edib.

Səfir çətin günlərdə hər zaman bir-birinə qardaşlıq əlini uzadan iki ölkə arasındakı bu münasibətlər çərçivəsində cari ilin iyul-avqust aylarında Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında göstərilən böyük köməkliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycanlı yanğınsöndürən-xilasedicilərə peşəkar və fədakar fəaliyyətlərinə görə minnətdarlığını bildirən səfir Türkiyənin də hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Nazir K.Heydərov öz növbəsində göstərdiyi diqqətə və minnətdarlığa görə Türkiyə səfiri C.Bağçıya təşəkkür edib və qardaş ölkədəki güclü meşə yanğınlarının söndürülməsi üçün zəruri köməkliyin göstərilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə verdiyi tapşırığın uğurla yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. O, yanğınsöndürmə əməliyyatlarını müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan FHN-in Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması və əməliyyatlarda fərqlənən əməkdaşların təltif olunmaları barədə Prezidentin imzaladığı sərəncamları xatırladaraq, ölkə başçısının bu ali diqqət və qayğısının nazirliyin şəxsi heyətinin daha böyük əzm və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Tarix
2021.09.20 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla