Yuxarı

Qonaq çağırdığı tanışının evini soydu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qonaq çağırdığı tanışının evini soydu - Foto

Sumqayıt şəhərində evlərdən oğurluq edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub.

Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

Qeyd olunub ki, Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin mənzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bu şəxsin digər cinayətlər etdiyi istisna olunmur. Onunn qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Sumqayıt Şəhər Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Tarix
2021.09.20 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Fransada kütləvi iğtişaşlar: xalq nə tələb edir?

Ermənistanda saxlanılan əsgərə ikinci cinayət işi açıldı

Ermənistana keçən əsgərimiz... - İki versiya var

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - Video

Biz heç vaxt onlar kimi ola bilmərik... - Prezident

Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla