Yuxarı

Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti Şuşada oğlunun şəhid olduğu yerdə - Video

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Əli Nur oğlunun şəhid olduğu Şuşa şəhərinə səfər edib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, aktyor Cıdır düzünə baş çəkərək şəhid olmuş övladının ruhuna şeir səsləndirib: “Mənim oğlum - baş leytenant, tabor komandiri Rövşən Nurzadə Şuşanın girişində şəhid olub. O Füzulinin, Cəbrayılın, Qubadlının alınmasında iştirak edib. Daşaltıda yaralansa da, nə qədər etsələr də geri qayıtmadı. Bu qələbə ilə Şuşanın girişində şəhid oldu...

Salam, oğlum,

Salam, oğlum!

Vətənə arxa duran qəhrəman,

Daşaltıda düşmənə qan udduran Qəhrəman!

Sən bu xalqın əbədi xatirində qalmısan,

Şuşanın göylərindən cənnətə yol salmısan,

Salmısan ürəklərə sonsuz məhəbbət, Şəhid!

Bu yalançı dünyada mütləq həqiqət şəhid.

Elə bil ki, Babəksən yağı döyüşlərində,

Qarabağ savaşında, Şuşa döyüşlərində.

Canla zarafat olmaz, cəsarətin bəllidir

Yadigar balaların anana təsəllidir.

Təsəllidir atana təbəssümlü şəkillər,

Səni xatırlayacaq gələcəkdə nəsillər.

Sən şəhidsən, şəhidlik əbədilik deməkdir

Vətənə sarılmaq da bir məhəbbət deməkdir,

Mən də şəhid olardım, o məndən başlasaydı.

Sənə Tanrı deyərdim, oğul, Tanrı bağışlasaydı.

Sağ ol oğlum, salamat qal,

Salam deyərsən şəhid qəhrəmanlara

Qayalara dırmanıb Şuşanı alanlara...

Şeir deyəndən sonra Əli Nur göz yaşlarını saxlaya bilməyib.

Tarix
2021.09.20 / 15:59
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla