Yuxarı

Arvadı çox danışan kişilər daha tez ölür - Rəşid Mahmudov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda 75 647 nəfər dünyasını dəyişib. Rəsmi statistikaya görə, ölkə əhalisinin hər 100 000 nəfər hesabı ilə kişilər arasında ölənlərin sayı qadınlardan xeyli yüksəkdir. Belə ki, 2020-ci ildə ölənlərdən 33.567-ni qadın, 42.081-ni isə kişilər təşkil edir.

Diqqətçəkən başqa bir məqam isə odur ki, ölüm səviyyəsi göstəricisində ümumillikdə və bütün yaş qruplarında kişilər üstünlük təşkil edir. 25 yaşdan başlayaraq bu fərq nəzərəçarpacaq dərəcədə artır.

Maraqldır, kişilər niyə qadınlardan tez ölür? Buna səbəb nədir? El arasında deyildiyi kimi, kişilər hər şeyi ürəklərinə saldıqlarına görə dünyadan tez köçürlər?

Axar.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin dosenti, əməkdar müəllim Rəşid Mahmudov Yenisabah.az-a açıqlamasında kişilərin daha çox infarktdan öldüyünü söyləyib:

“Qadınlar infarkt keçirmirlər. Kişilər isə daha çox infarkt olurlar. Elə əsas məqam da budur. Kişilərin əksəriyyəti demək olar ki, infarktdan ölür. İnfarkt üstünlük təşkil edir”.

Həkimin sözlərinə görə, kişilərin niyə erkən öldüyünü arvadlar daha yaxşı bilərlər:

“Qadınlar həddən artıq çox danışırlar. Kişilərə bundan artıq nə olasıdır? Heç nə! Kişilərin də ürəyi partlayır, ölürlər. Bunu arvadlar daha yaxşı bilər ki, kişilərini niyə tez öldürürlər”.

Tarix
2021.09.20 / 17:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla