Yuxarı

“Nar” birinciləri məktəb ləvazimatları ilə təmin etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” birinciləri məktəb ləvazimatları ilə təmin etdi

22 sentyabr ilk dərs günündə “Nar” Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilər nəticəsində zərər dəymiş məktəblərə dəstək olub. Mobil operator Füzuli rayonunun Aşağı Alxanlı, Aşağı Kürdmahmudlu, eləcə də Tərtər rayonunun Qapanlı və Soyulan kəndlərində yerləşən məktəblərin birinci sinfinə gedən şagirdlərini məktəb ləvazimatları ilə təmin edib. Bura 70-dən artıq məktəblinin tədris ili dövründə istifadə edəcəkləri məktəbli çantası, dəftər, rəngli karandaşlar və digər dəftərxana ləvazimatları daxildir.

Axar.az xəbər verir ki, “Nar” nümayəndələri məktəblilərlə görüşüb, hədiyyələri təqdim edib və onlara yeni tədris ilində uğurlar arzulayıblar. Görüşdə bildirilib ki, mobil operatorun əsas məqsədi müharibədən zərər çəkmiş təhsil ocaqlarına dəstək olmaqdır.

Azərbaycanda təhsilə, uşaq və yeniyetmələrin inkişafına hər zaman dəstək olan “Nar” məktəbləri kitabla və məktəb ləvazimatları ilə təmin etməyi artıq bir ənənə halına çevirib. Mobil operator uşaqlarda kitab oxumaq vərdişinin formalaşmasına dəstək olmaq və təhsilin önəmini aşılamaq məqsədilə uğurlu layihələr icra edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Tarix
2021.09.22 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla