Yuxarı

Polis vətəndaşı məktəbin qarşısında döyüb? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşı ilə vətəndaş arasında yaranmış insidentə münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Report-a açıqlamasında həmin zaman polis əməkdaşlarının vətəndaşı döymədiyini bildirib.

O deyib ki, polis əməkdaşları şəxsin özünə və digər şəxslərə xəsarət yetirməsinin qarşısını almağa çalışıblar:

“Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Hazırda araşdırmalar aparılır. Videoda görünən azyaşlı uşaqlar həmin şəxsin övladları deyil. Polisin vətəndaşı döyməsi ilə bağlı iddialar həqiqətə uyğun deyil. Həmin şəxs polis əməkdaşlarının qanuni tələbinə tabesizlik göstərdiyi üçün saxlanılıb".

Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda 60 nömrəli məktəbin qarşısında polis əməkdaşlarının vətəndaşı saxlayarkən fiziki təzyiq etməsi ilə bağlı videogörüntülər yayılıb. İddia edilir ki, polislər həmin şəxsi məktəbli övladlarının gözü qarşısında saxlayarkən döyüblər.

Tarix
2021.09.25 / 10:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla