Yuxarı

Hansı halda şəhidlərin adları əbədiləşdirilə bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid adının əbədiləşdirilməsi Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq olunub. Bugünə qədər sözügedən qərara müxtəlif məzmunlu əlavələr və dəyişiklik edilib. Həmin qərara görə, Azərbaycanın Milli Qəhrəmanı, Vətən Müharibəsi Qəhrəmanı olan şəhidlərin büstünün qoyulmasını yerli rayon icra hakimiyyəti orqanları həyata keçirməlidir. Yalnız Vətən Müharibəsi Qəhrəmanı, yaxud da Milli Qəhrəman adını almış şəhidlərə büst qoyula bilər.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Anar Qasımlı deyib.

Hüquqşünas qeyd edib ki, Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman və “Vətən uğrunda” ordeni ilə təltif olunmuş şəhidlərin adları isə küçələrə, meydanlara verilə bilər. Bu da yerli icra hakimiyyəti orqanlarının səlahiyyətindədir.

“Burda xüsusi bir məqama diqqət yetirək, medalla yox, ordenlə təltif edilmiş şəhidlərin adları küçə və meydanlara verilə bilər. Yerli icra hakimiyyəti müstəqil şəkildə şəhidlərin adına memorial kompleksi yarada bilər. Şəhid adlarının, yəni Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman və “Vətən uğrunda” ordeni ilə təltif olunmuş şəhidlərin adlarının hansısa təşkilata, müəssisələrə, hərbi və yaxud da mülki gəmilərə verilməsini yerli icra hakimiyyəti orqanları müstəqil həyata keçirə bilmir. Bununla bağlı icra orqanları Nazirlər Kabineti qarşısında vəsatət qaldıra bilər”.

Tarix
2021.09.28 / 13:39
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla