Yuxarı

“Zakir Həsənov gələndən sonra çörəyimiz kəsilib”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Zakir Həsənov gələndən sonra çörəyimiz kəsilib”

Prezident İlham Əliyevin 14 dekabr 2013-cü il tarixli sərəncamı əsasında 2014-cü il yanvarın 1-dən etibarən 1996-cı ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olmuş, habelə sərəncamda nəzərdə tutulmuş başqa Azərbaycan Respublikası vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Yanvarın ilk həftəsi bayram günləri olduğundan, çağırışçılar bu gündən etibarən ordu sıralarına yola düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinə çağırılıblar.

İlk iş gününün səhəri xidmətə yola düşəcək olan dostumuzla bərabər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə yollandıq. Məqsəd həm dostumuzu müşayiət etmək, həm də idarədəki prosesi izləmək idi. Cəmşid Naxçıvanski küçəsi 68-də yerləşən İdarənin qarşısında valideynlər və çağırışçılar toplaşmışdı.

Özümüzü jurnalist yox, çağırışçı yaxını kimi təqdim edib ətrafdakılarla söhbətə cəhd etdik. Çağırışçılardan əksəriyyəti düşdükləri hərbi hissəni öyrənməyə gəldiyini bildirirdi. Bir valideyn isə hərbi hissəni öyrəndikdən sonra deyirdi ki, oğlunu hərbi hissəyə özü aparacaq.

Daha maraqlı, bir az da təəccüblü hadisə isə çağırışçılardan bəzilərinin idarənin əməkdaşına rüşvət təklif edərək xidmətə ayın sonu yollanmalarını xahiş etdikdə yarandı.

Biz də fürsətdən istifadə edib, idarənin əməkdaşı ilə əsgər qohumu kimi danışdıq, cəhd etdik, heç olmasa, ayın sonuna qədər ləngitməsi üçün "ənənəvi qayda"dan istifadə etmək istədiyimizi dedik:

- Yox e, qardaş, mümkün deyil, - hərbçi israrla imtina etdi. – Elə bilirsiz mən istəmirəm? Sadəcə, mümkün deyil. Təzə nazir gələndən sonra çörəyimiz kəsilib. Daxili komissiya yaradıb və bu tip hallar olduqda komissiya tərəfindən ciddi şəkildə araşdırılır. Tutsalar, anamı ağladarlar...

Tarix
2014.01.08 / 09:55
Müəllif
İsmi Şahzadə, Emil Bağırov
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla