Yuxarı

Azərbaycanda ona görə sərt qapanmalar olmur ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda ona görə sərt qapanmalar olmur ki...

Sentyabrdan etibarən koronavirusa yoluxma sayları azalır. Azərbaycanda ikinci doza vaksin qəbul edən insanların sayı 40 faizi keçib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı Avropa İttifaqı və ÜST-nin COVID-19-a yoluxmuş ağır xəstələrin müalicəsində istifadə olunması üçün Səhiyyə Nazirliyinə tibbi ləvazimatların təhvil verilməsi ilə bağlı keçirilən tədbir çərçivəsində deyib.

H.Harmancı bildirib ki, bütün bunların nəticəsində hazırda Azərbaycanda sərt qapanmalar tətbiq olunmur:

“Azərbaycan Avropada virusa yoluxma sayının sürətlə azaldığı iki ölkədən biridir. ÜST və Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində xüsusilə tibbi işçilərini qoruyan ləvazimatlar Azərbaycana gətirilib.

Həmçinin ağır xəstələr üçün də ləvazimatlar var. Ümid edirik ki, layihənin sonuna qədər texniki dəstək, həm də ləvazimatla bağlı dəstək göstərməyə davam edəcəyik”.

O qeyd edib ki, immun sistemi aşağı olan insanların koronavirus peyvəndini vurdurması vacibdir:

“Hansı xəstəliklərə peyvəndin əks göstəriş olduğu ilə bağlı qərar isə Azərbaycan hökumətinə aiddir. Bir çox ölkələrdə bəzi peyvəndlərin 16 yaşa qədər uşaqlara vurulması qəbul olunub. Bununla bağlı araşdırmalar davam edir. Ən vacib olan hər kəsin Səhiyyə Nazirliyinin tövsiyələrinə əməl etməsidir”.

Tarix
2021.10.12 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla