Yuxarı

Qohumlar arasında cinsi təcavüz: uşaqları necə qorumalı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qohumlar arasında cinsi təcavüz: uşaqları necə qorumalı?

Yeniyetmə və azyaşlı uşaqları nəzarətsiz qoymaq olmaz.

Bu sözləri Axar.az-a açıqlamasında psixoloq Təhmasib Cavadzadə son günlər bir tanınmış şəxsin ailəsində yeniyetməyə qarşı baş verən təcavüz aktı haqda danışarkən deyib.

Onun sözlərinə görə, uşaqlara, yeniyetmələrə, hətta gənc qadınlara qarşı cinsi zorakılıq hallarına daha çox qohum-əqrəba daxilində rast gəlinir:

“Bizə müraciət edənlərdən görürük ki, ilk cinsi pozuntular, təcavüzlər ailə üzvləri, qohum-əqrəba, yaxın adamlar tərəfindən olub. Ümumiyyətlə, uşaqların və yeniyetmələrin cinsi tərbiyəsində belə bir qayda var ki, uşaq və yeniyetməni yaşıdı və yaxud özündən nisbətən böyük yeniyetmə və gənclə tək qoymaq olmaz. Çünki hər ikisinin cinsi inkşaf vaxtıdır və ağıla azdırıcı fikirlər gələ bilər. Çox təəssüf ki, bir çox valideynlər belə mövzulara diqqət yetirmirlər”.

Psixoloq bildirib ki, cinsi istismar halları üçün ən təhlükəli dövr yeniyetməlik yaşıdır:

“Yeniyetmələrdə cinsi inkişaf, hormonal dəyişiklər baş verir və hələ tam formalaşmamış təsəvvürlər orqanizmdə baş verən prosesi idarə etməkdə çətinlik çəkir. Yeniyetmələr nəticəni dərk edə və bəzi hallarda buna psixoloji müqavimət göstərə bilmirlər.

Yeniyetməlik yaşında olan şəxslə valideynlərin ünsiyyəti mütləq sıxlaşmalı, onlarla fərqli davranılmalı, nəzarət artırılmalıdır. Mümkün olduqca həmin dövrdə onların cinsəl inkişafını nəzərə alaraq, psixoloji söhbət aparılmalı və hər şey izah edilməlidir. Mümkün olduqca onları tək qoymamaq lazımdır, hətta dogma olsa belə, fərqli cinsdən olan yeniyetmələri bir yerdə uzun müddət birgə qoymaq olmaz. Həmçinin yeniyetmələrə tanımadıqları insanlarla ünsiyyətə girməmələri, tanıdıqları ilə belə məsafəli davranmaları tövsiyə edilməlidir”.

Tarix
2021.10.14 / 08:30
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla