Yuxarı

Ermənistan istehsalı olan məhsullar məhv edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 29-da Sumqayıt şəhəri yaxınlığında, xüsusi ayrılmış sahədə, müxtəlif vaxtlarda respublikamızın ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən zaman gömrük orqanları tərəfindən tutulmuş və istifadəsi yararsız hesab olunmuş məhsullar kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə yandırılaraq məhv edilib.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, həmin məhsullardan ümumi miqdarı 64802 qutu təşkil edən müxtəlif adda tütün məmulatları Səhiyyə Nazirliyi Respublika Gigiena və Epidemiologiya Mərkəzinin rəyinə əsasən istifadəyə yararsız sayıldığından zərərsizləşdirilib.

207 kq kolbasa, 91 kq hisə verilmiş balıq, 218 ədəd (113 qr-lıq bankalarda) balıq kürüsü isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən istifadə müddəti bitdiyi üçün məhv olunmuşdur. Müxtəlif adda 611 ədəd pivə və kustar üsulla hazırlanmış 864 litr şərab standart tələblərə uyğun gəlmədiyi və istifadəyə yararsız olduğu üçün onlar da zərərsizləşdirilib.İstifadə müddəti bitdiyi üçün 446 ədəd mineral su, 659 ədəd limonad, 3815 ədəd sərinləşdirici və enerji içkisi, eləcə də 317 ədəd müxtəlif duru yağlar da məhv edilib.

Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 311 071 ədəd pirotexniki vasitələr yanğın təhlükəsizliyi cəhətdən 1-ci sinifə aid olması, həmçinin daşınması, saxlanılması və istifadəsi zamanı insan sağlamlığına xəsarət yetirə biləcək yanğın və partlayış təhlükəli olduğu nəzərə alınaraq onların da məhv edilməsi həyata keçirilib. Bundan başqa, müxtəlif markalı 252 ədəd mobil telefonlar kontrafakt məhsullara aid edildiyi üçün məhv olunub.

Nəhayət, gömrükçülərin müsadirə etdikləri mallar arasında Ermənistan istehsalı olan 51 qutu siqaret, 23 ədəd kofe, 31 ədəd konyak da aşkarlanmış və istifadəyə yararsız olduğu üçün məhv edilib.

Sözügedən bütün məhsullar Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyində fəaliyyət göstərən məhvetmə komissiyası və Komitənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilib.

Tarix
2015.07.29 / 17:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə insident: erməni hərbçilər döyüldü - Video

Paşinyan müxalifətin Bakı ilə bağlı təklifini rədd etdi

İlham Əliyev Sahibzadə Sultan Əhməd Əlini qəbul etdi

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla