Yuxarı

“Anadolu” Füzuli aeroportundan yazdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Anadolu” Füzuli aeroportundan yazdı - Foto

Sabah Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inşa edilən ilk hava limanının açılışı olacaq. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcəklər. Füzuli Beynəlxalq Hava Limanına enən ilk xarici dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olacaq.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu “Anadolu” agentliyində dərc edilən yazıda qeyd olunub.

Yazıda bildirilib ki, 2021-ci il yanvarın 14-də təməli Prezident İlham Əliyev tərəfindən qoyulan Füzuli Beynəlxalq Hava Limanı səkkiz ay ərzində ən yüksək beynəlxalq standartlara uyğun inşa etdirilib. Hava limanına ilk sınaq uçuşu 22 avqustda həyata keçirilib.

Məqalədə xüsusi olaraq vurğulanıb ki, Füzuli Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Terminal saatda 200 sərnişinə xidmət göstərmək gücünə malikdir. Bütün təyyarələr, o cümlədən iri yük təyyarələri Füzuli Beynəlxalq Hava Limanından asanlıqla istifadə edə biləcək. Avtomatik sistemlərlə təchiz edilmiş hava limanının tikintisində Türkiyə şirkətləri də iştirak edib.

Yazının yekununda qeyd olunub ki, beynəlxalq reyslərin də həyata keçiriləcəyi Füzuli Beynəlxalq Hava Limanı bununla da Qarabağın dünyaya açılan qapısı olacaq. Hava limanının bölgədə turizmin və ticarətin inkişafına töhfə verəcəyi gözlənilir. Qarabağın simvolik şəhəri olan Şuşaya gedən turistlər də Füzuli hava limanı vasitəsilə daşınacaq. Hava limanı Şuşadan təxminən 100 kilometr və paytaxt Bakıdan 300 kilometr aralıda yerləşir.

Tarix
2021.10.25 / 17:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

İlham Əliyev və ailəsi COP31 Sammitində... - Foto

Ərdoğan Azərbaycana təşəkkür etdi

Azərbaycanlı bloger Ermənistana buraxılmadı - Video

Ərdoğan və Əliyev arasında səmimi görüntülər - Video

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzində... - Video

Musayev Köçəryanla qonşu kamerada saxlanılır

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla