Yuxarı

Ərbaş və Şeyx Ağdama səfər etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaşın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfərdə qonaqları Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və idarə əməkdaşları müşayiət ediblər.

Axar.az xəbər verir ki, yolboyu səfər iştirakçılarına ermənilər tərəfindən qurulan istehkamlar barədə məlumat verilib.

Həmçinin qeyd edilib ki, Ağdam rayonu üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ermənistan tərəfindən tam boşaldılıb. Rayonun ərazisində keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilib. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi ilə Ermənistan kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur oldu, bu yerlər işğaldan itkisiz azad edildi.

Qonaqlar əvvəlcə Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında qətlə yetirilən şəhər sakinlərinin bir hissəsi dəfn edildiyi Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər. Ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Səfər iştirakçıları Milli qəhrəmanların da məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Din xadimləri Ağdam Cümə məscidi ilə də tanış olublar.

Nümayəndə heyətinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etmələri barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycan və Türkiyədən olan din xadimlərini Ağdamda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov müşayiət edib.

Tarix
2021.10.28 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla