Yuxarı

Qobu Park-1-də bina 30 sm önə əyildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qobu Park-1-də bina 30 sm önə əyildi - Video

Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış Qobu Park-1 yaşayış kompleksində yaşayan vətəndaşlar narazıdır.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, onlar kompleksdə yerləşən səkkiz nömrəli binanın hətta uçmaq təhlükəsi olduğunu iddia ediblər.

Habelə, iddia olunub ki, bina təxminən 20-30 santimetr önə doğru əyilib.

Bildirilib ki, zirzəmidə yeni qapıların açılması bünövrəyə mənfi təsir göstərib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, məsələ barədə araşdırma aparılır:

“Dövlət komitəsi, Fövqəladə Hallar Nazirliyi və yaşayış kompleksinin podratçısı “Kristal Abşeron” şirkətinin nümayəndələri birlikdə binaya baxış keçirib. Binanın texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılır.

Zirzəmidə yeni qapıların açılmasının bünövrəyə mənfi təsir göstərməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır.

Aidiyyəti qurumlar tərəfindən aparılan araşdırmanın nəticəsinə uyğun əlavə məlumat veriləcək”.

Tarix
2021.11.03 / 15:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla