Yuxarı

Bu kolbasaları almayın – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkədə kolbasa istehsal edən üç müəssisədən başqa digər heç bir müəssisənin ət və ət məhsullarını almaq məsləhət deyil".

Bu sözləri Axar.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov yay aylarında sağlamlığımız üçün təhlükəli olan kolbasa məhsulları haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda cəmi üç kolbasa müəssisəsinin məhsulları keyfiyyət göstəricilərinə cavab verir:

"2011-ci ildə ABŞ-ın İnkişaf Agentliyi bizə müraciət edərək Azərbaycan İstehlakçıları Qida Təhlükəsizliyi nişanını təsis etməyi xahiş etdi. Bu, dünyada ilk təcrübə idi. Dünyada ilk dəfə olaraq Azərbaycan İstehlakçıları Qida Təhlükəsizliyi nişanı təsis olundu və dövlət qeydiyyatına alındı. Bununla da Azərbaycanda cəmi 3 müəssisəyə qida təhlükəsizliyi nişanı şamil olunub. "Sevimli dad", "Sab" və "Səhliyalı" nişanlı ət və ət məhsulları müəssisələri qida təhlükəsizlik nişanı alan müəssisələrdir. Ölkədə olan digər adlarda buraxılan müəssisələrin istehsal etdiyi kolbasaların tərkibində kimyəvi maddələr çox olduğundan, onları almaq məsləhət deyil. Ölkəyə xaricdən gətirilən bir çox kolbasalar var ki, onların da tərkibində kimyəvi maddələr aşkar edildiyindən, xüsusilə yay aylarında onlardan istifadə etmək məsləhət görülmür".

E.Hüseynov xüsusilə yay aylarında belə məhsullardan alarkən vətəndaşları diqqətli olmağa çağırır:

"Birmənalı olaraq qeyd edirəm ki, bu 3 müəssisənin istehsal etdiyi ət və ət məhsullarından başqa müəssisələrin məhsullarını almaq sağlamlığınız üçün zərərlidir. Onu da qeyd edim ki, Azad İstehlakçılar Birliyinə daha çox xarici istehsal olan məhsullarla bağlı şikayətlər daxil olur".

Tarix
2015.08.04 / 09:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikolun “modeli”ni bəyanatda kim tapsa, 500 dollar verəcəm

Xoyskinin Rəsulzadəyə məktubu: Bu ərazini ermənilərə vermək...

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla