Yuxarı

Qazilər Bakıda nazirlik qarşısında aksiya keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazilər Bakıda nazirlik qarşısında aksiya keçirdi

12:57

Bu gün 26 nəfər sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Onlara nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilib. Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula gedib, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıblar. Bu zaman heç bir instident qeydə alınmayıb və saxlanılan yoxdur. Eyni zamanda, qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılıb", - nazirlikdən qeyd olunub.

***

Bu gün saat 11 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən yalnız 6 nəfəri nazirliyin Qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, müraciətlərin hər biri dərhal qeydə alınıb, dinlənilib:

"Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərinə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib. Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb. Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub. Bununla bağlı da onlara izahat verilib".

Tarix
2021.11.19 / 16:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla