Yuxarı

DİN-dən piyada və sürücülərə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN-dən piyada və sürücülərə müraciət

Daxili İşlər Nazirliyi (DİN) piyada və sürücülərə müraciət edib.

Axar.az müraciətin mətnini təqdim edir:

"Əziz həmvətənlər!

Yol-nəqliyyat hadisələri üzrə tərəfimizdən aparılan təhlillər göstərir ki, cari ilin 10 ayı ərzində respublika ərazisində baş vermiş qəzaların 42, Bakı şəhəri üzrə isə 57 faizini piyadaların vurulması təşkil edir. Araşdırmalar deməyə əsas verir ki, belə hallarda bu qəzalarda sürücülərlə yanaşı piyadaların da təqsiri olur.

Belə ki, bəzi piyadalar onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş piyada zolaqlarından, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmirlər. Elə bunun nəticəsidir ki, piyada vurma hadisələrinin çoxu da məhz piyada keçidlərindən kənarda qeydə alınır.

Odur ki göstərilənləri nəzərə alaraq bir daha piyadalara səslənirik:

- küçə və yolları sizin üçün nəzərdə tutulan yerlərdən keçin;

- nizamlanan və ya nizamlanmayan piyada keçidlərindən istifadə edərkən yoldakı sürət həddini, hərəkətin intensivliyini, hava və görmə şəraitini, sürücülərin nəqliyyat vasitəsini dayandıra bilib-bilməyəcəyini nəzərə alın;

- məhdudiyyətli görünmə, duman, yağış, qar şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun;

- yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın;

- ictimai nəqliyyatı gözləyərkən və ya ona minib-düşərkən ehtiyatlı olun, həmçinin qəflətən avtomobil yoluna çıxmayın;

- yolu keçərkən mobil telefondan, eləcə də ətrafdakı avtomobillərin səsini vaxtında eşitmək üçün qulaqlıqdan istifadə etməyin.

Eyni zamanda, sükan arxasında olan sürücülər də yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılan piyadaların təhlükəsizliyi məsələsinə ciddi yanaşmalı, artıq yola çıxmış piyadaya yol verməli, piyadaların yola çıxma ehtimalı olan ərazilərdə, xüsusilə qaranlıq vaxtı və işıqlandırılmayan yollarda daha diqqətli olmalı, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalıdırlar. Hər bir sürücü bilməlidir ki, ani diqqətsizlik faciəvi qəzaya səbəb olur.

Hər bir hərəkət iştirakçısına təhlükəsiz yol arzu edirik!"

Tarix
2021.11.24 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla