Yuxarı

Bu tələbələrə təhsil krediti verilməyəcək - Nazir müavini

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu tələbələrə təhsil krediti verilməyəcək - Nazir müavini

Akademik borcu olan tələbələrə təhsil tələbə krediti verilməyəcək. Çünki müraciət vaxtı son semestr üçün olan nəticələrə baxılır.

Axar.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev təhsil tələbə kreditlərinin (TTK) verilməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, normativ təhsil müddətindən artıq təhsil alan tələbələrə də kreditlər verilməyəcək.

İ.İsayev eyni zamanda təhsili bitirəndən sonra işə düzələ bilməyən və krediti qaytara bilməyən tələbələrin aqibətindən də danışıb: "Biz istəmərik ki, hansısa tələbə işsiz qalsın. Ancaq qanunvericiliyə görə, əgər tələbə universiteti bitirdikdən sonra təhsil tələbə kreditini ödəyə bilməsə, bu vəsait məhkəmə qaydasında ondan alınacaq".

O əlavə edib ki, kreditin veriləcəyi müddət tələbənin təhsil pilləsindən və təhsil səviyyəsindən asılıdır: "Ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbəyə veriləcək bu müddət 14-21 il, magistratura səviyyəsində təhsil alan tələbəyə münasibətdə 12-18 il, orta ixtisas təhsil pilləsində və peşə təhsil pillələrinin subbakalavriat səviyyəsində təhsil alan tələbə münasibətdə 12-19 il ola bilər".

Nazir müavini qeyd edib ki, bu gündən kreditlərin verilməsi üçün müraciətlərin qəbuluna başlanılıb.

Tarix
2021.11.25 / 13:33
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla