Yuxarı

FHN Ağdamı minalardan təmizləməyə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Ağdamı minalardan təmizləməyə davam edir

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Ağdama mediatur təşkil olunub.

Axar.az xəbər verir ki, mediatur zamanı məlumat verilib ki, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

44 günlük Vətən müharibəsindən sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan və digər qalıqlardan təmizlənməsi prosesinə dövlət qurumları ilə yanaşı, Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran qrupları da cəlb olunub.

Qeyd olunub ki, 2021-ci ilin yanvar ayından başlayan əməliyyatlar əsasən Ağdam və Füzuli rayonu istiqamətində, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində aparılır.

Bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçən xidmət əməkdaşları ən müasir avadanlıqlardan istifadə edir.

Mediaturda qeyd edilib ki, qanunsuz yollarla minalanmış ərazilərə keçən və keçmək istəyən vətəndaşlarımız da az deyil: "Bir daha xahiş edirik ki, onlar bu cür səfərlərdən çəkinsinlər, qanunsuz yollarla qeyd olunan ərazilərə keçməsinlər. Mina və partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar gördükdə dərhal FHN-nin “112” qaynar xəttinə məlumat versinlər. Partlayıcı qurğuların qurbanına çevrilməmək üçün qoyulan qaydalara həssas yanaşaq".

Tarix
2021.11.25 / 19:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla