Yuxarı

İmtahanlarla bağlı informatika kitabları yenilənəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə I qrup üzrə qəbul imtahanlarına informatika seçmə fənninin əlavə edilməsi ilə əlaqədar olaraq dərsliklərin yenilənməsi məsələsinə aydınlıq gətirilib.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2023-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanı proqramı çərçivəsində keçirilməsi nəzərdə tutulan I qrup üzrə İnformatika fənninə dair mövzularda dövlət ümumi təhsil müəssisələrində istifadədə olan dərsliklərə istinad olunacaq.

Bununla yanaşı, 2021-2022-ci tədris ilinin sonunda dövlət ümumi təhsil müəssisələrində istifadə müddəti bitəcək III, VII və X sinif dərsliklərinin 2022-2023-cü tədris ilinə təkmilləşdirilməsi planlaşdırılır. Həmin dərsliklər sırasında İnformatika fənni üzrə dərsliklər də yer alır.

Qeyd edək ki, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qərar layihəsinə uyğun olaraq, 2023/2024-cü tədris ili üçün keçiriləcək qəbul kampaniyası çərçivəsində I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər imtahanın II mərhələsində riyaziyyat və fizika fənləri ilə yanaşı informatika fənnindən, digər mühəndislik (RK altqrupuna daxil olan) ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər kimya fənnindən imtahan verəcəklər.

Bu qrup daxilində bütün ixtisaslar üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə riyaziyyat, fizika və kimya fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq informatika fənnindən fərq imtahanı verəcəklər. Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı I ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.

Tarix
2021.11.26 / 09:38
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla