Yuxarı

Nazirlikdən hava ilə bağlı daha bir – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən hava ilə bağlı daha bir – Xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi haqqında məlumat yayıb.

Axar.az xəbər verir ki, məlumatda Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən hava şəraitinin dəyişdiyi bildirilib.

Noyabrın 30-u gün ərzində 15-20 m/s, arabir 23-28 m/s əsən cənub-qərb küləyinin dekabrın 1-i gündüzdən 18-23 m/s, arabir 25-30 m/s-dək güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-si səhərədək davam edəcək. Dekabrın 1-i axşamdan 2-si səhərədək yağıntılı olacağı ehtimalı var.

Havanın temperaturu dekabrın 2-də tədricən 5-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 30-u gündüzdən dekabrın 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Külək noyabrın 30-u gündüzdən dekabrın 2-i səhərədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 01-də ayrı-ayrı Kürvadisi rayonlarda arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 2-si gündüz külək mülayimləşəcək.

Yağıntı dekabrın 1-i gündüz şimal və qərb rayonlarından başlayaraq 2-si gündüzədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Havanın temperaturu 2-də tədricən 5-8° aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.

Tarix
2021.11.30 / 17:45
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla