Yuxarı

Naxçıvanda taktiki təlimlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanda taktiki təlimlər keçirildi

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tankəleyhinə batareyaları ilə döyüş atışlı taktiki təlimlər keçirilib.

Əlahiddə Ümumqoşun Ordudan Axar.az-a verilən məlumata görə, artilleriya bölmələri “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrindən təyinat rayonlarına hərəkət edərkən verilən müdaxiləyə əsasən hərəkətdən birbaşa döyüş düzülüşünə açılaraq döyüş tətbiqinə hazırlanıb.

Döyüş şəraitinə tam yaxınlaşdırılmış şərtlərlə keçirilən taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib.

“Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin fəaliyyəti” mövzusunda keçirilən təlimlərdə müdafiə olunan bölmələrimizin atəş dəstəyi həyata keçirilib, ən uzaq hüdudlarda pilotsuz uçuş aparatları və digər kəşfiyyat vasitələri ilə aşkar edilmiş düşmən hədəfləri məhv edilib.

Tank təhlükəli istiqamətdə tankəleyhinə batareyalar və düzünə tuşlamaya çıxarılmış toplar şərti düşmənin zirehli texnikalarını sıradan çıxarıb.

Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə batareyaları praktiki atışlardan öncə Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğularında müvafiq tapşırıqları icra edib. Təlimlər zamanı Vətən müharibəsində düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetirmiş Əlahiddə Ümumqoşun Ordunun tankəleyhinə bölmələrinin döyüş təcrübəsi gənc heyətlərə öyrədilib, virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atışın idarəolunması həyata keçirilib.

Təlimlərin sonunda bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.

Tarix
2021.11.30 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - Fotofakt

BƏƏ generalı Azərbaycanda səfərdədir - Foto

Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...

Arazdəyən-Sədərək ərazisi də açılmalıdır

Hakan Fidanın müavini Bakıya gəldi - Foto

İrəvan Bakı-Ankara yolunu niyə açmağa çalışır?

Azərbaycan İrəvandakı bu tədbirdə iştirak etməyəcək

Azərbaycanla əlaqələrin bərpasına hazırıq - Şvıdkoy

Azərbaycanla işləməyə davam edirik - Paşinyan

Şeyx Papa ilə görüşə gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla