Yuxarı

“Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar”, NMR Rabitə və Yeni Texnologiyalar nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Mobil rabitənin əsasları” təlimini ilk dəfə paytaxtdan kənarda həyata keçirib. Təlimdə Naxçıvan Dövlət universitetinin informasiya texnologiyaları üzrə müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.

Axar.az xəbər verir ki, rabitə texnologiyaları mövzulu təlimdə iştirakçılar mobil şəbəkənin fəaliyyətini “Nar”ın texniki heyətinin real təcrübəsi əsasında öyrənir, suallarını birbaşa sahə üzrə mütəxəssislərə yönləndirə bilirlər. Telekommunikasiya sahəsi üzrə yerli kadrların hazırlanmasına dəstək məqsədilə davamlı olaraq keçirilən təlimlər “Nar”ın təhsilə dəstək korporativ məsuliyyət strategiyası çərçivəsində təşkil edilir. Təlimə bu günədək ümumilikdə, 200-dən çox tələbə qatılıb.

Xatırladaq ki, regionlarda sosial layihələrin keçirilməsinə xüsusi önəm verən “Nar”, bundan öncə də şəhid ailələrindən olan tələbələrə dəstək olmaq üçün NDU ilə birgə təqaüd proqramına start vermişdi. “Nar”ın digər sosial layihələri və KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.

Tarix
2021.12.01 / 15:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla