Yuxarı

Həbsdən çıxan kimi maşın qaçıran həbs edilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbsdən çıxan kimi maşın qaçıran həbs edilmədi

Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini Heydər Heydərli ilə bağlı qərar verib.

Axar.az xəbər verir ki, onun barəsində 2 ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Şəki rayon sakininə məxsus VAZ-2107 markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə polis şöbəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilən vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini H.Heydərli olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və istintaqa təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, əvvəllər də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) və 177-ci (Oğurluq) maddələri ilə ilə məhkum olunan H.Heydərli həbs müddəti başa çatıb, cəzaçəkmə müəssisəsindən çıxdıqdan təxminən 15 dəqiqə sonra avtomobili qaçırıb və yaşadığı Göyçay rayonuna getmək istəyib. Lakin təkəri partladığından o, nəqliyyat vasitəsini yolun kənarında tərk edib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, H.Heydərli təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Tarix
2021.12.06 / 11:07
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla