Yuxarı

Nazir əmək müqavilələrinin sayını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir əmək müqavilələrinin sayını açıqladı

Ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gənc daxil olur. Bu, əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur.

Axar.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Karyera İnkişafı Forumunda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar:

“Digər tərəfdən, ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil”.

Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əmək bazarının inkişafı, aktiv məşğulluq proqramlarının genişləndirilməsi üçün atılan addımları diqqətə çatdırıb.

O, son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əmək haqqı fondunun 92% artdığını qeyd edib:

“Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8485 şəxsə işsizlikdən sığorta təyin olunub, bu ödənişlərdə də 30% artım olub”.

Tarix
2021.12.08 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən erməni konyakına qadağa - Səbəb?

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla