Yuxarı

Bu supermarketlərdə Yeni il endirimləri olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni ilə az qalmasına baxmayaraq, marketlərdə bahalaşma hələ də davam edir. Vətəndaşlar Yeni il dekorlarını sərfəli qiymətə almaq üçün yarmarkalara üz tuturlar. Supermarkertlərdə dekabr ayında Yeni il üçün endirim kampaniyaları olacaqmı?

Bununla bağlı Axar.az supermarketlər arasında sorğu keçirib.

“Bravo”dan verilən məlumata görə, “Azərçay” məhsulları dekabr ayı boyunca endirimdə olacaq. Bəzi gigienik məhsullar, xalçalar da endirimdədir. 6 dekabrdan başlayaraq elektron məhsullara da endirim tətbiq olunub. Yeni il dekorlarına isə hələ ki, endirim yoxdur.

“Bazarstore”dan bildirildi ki, bütün növ Yeni il yolkaları, bəzəklər, oyuncaqları, qab-qacaq məhsulları, mətbəx əşyalarına dekabrın 31-nə qədər endirim edilib. Yeni il məhsulları 25-30% endirimdədir. 9-19 dekabr tarixlərində kərə yağları, çay, mətbəx və digər təmizlik kağızları, dondurulmuş toyuqlar, ət məhsulları, kolbasa, süd və kosmetik məhsullara 25-50% endirim olacaq.

“Araz” supermarketdə 9-22 dekabr arasında davam edən “Hədiyyəmiz olsun” kampaniyasında müştərilərə 50-dən çox hədiyyəli məhsul təqdim olunur. 22 dekabr-7 yanvar tarixləri arasında Yeni il aksessuarları, içki və qida da daxil olmaqla, çeşidli məhsulara 45%-ə qədər endirim olacaq. 15-31 dekabr tarixləri arasında hər 5 gündən bir dəyişməklə 25 çeşiddə Yeni il süfrəsində istifadə olunan zəruri tələbat mallarına 35%-ə qədər endirim ediləcək. 25-31 dekabr tarixlərində “Araz” marketlər şəbəkəsində “Sitrus” festivalı keçiriləcək. Festival çərçivəsində müştərilər limon, portağal, naringi, ananas da daxil olmaqla bir çox sitrus və eqzotik meyvələri böyük endirimlə əldə edə bilərlər. Hər həftənin cümə axşamı və bazar günlərini əhatə edən “Həftəsonu” kampaniyası isə öz qüvvəsində qalır. Kampaniya çərçivəsində kərə yağı, süd məhsulları, meyvə-tərəvəz, ət, toyuq da daxil olmaqla onlarla çeşiddə məhsul uyğun qiymətə alıcılara təqdim olunur.

OBA marketin “Cibə qənaət” kampaniyası özəl olaraq bayram həftəsinə start verəcək. Endirimlər gündəlik tələbat məhsullarına, həmçinin bayram ərəfəsi istifadə olunan məhsullara aid olacaq. Xüsusi endirimlər meyvə və tərəvəz məhsullarına da şamil ediləcək. Yeni illə bağlı endirim kataloqu dekabrın 24-dən etibarən müştərilərin istifadəsinə veriləcək. Bu kataloqda məhsullara 60%-dək endirimlər olunacaq.

“Rahat” marketdə ümumi və Yeni il məhsullarına aid hədiyyəli endirimlər olacaq. Bayram ərəfəsində 200-dən çox qida və qeyri-qida məhsullarına endirim 50%-ə qədər olacaq. Kampaniyanın başlanmasına az qalmış tarix açıqlanacaq.

“Bizim” marketdə Yeni il kampaniyaları artıq başlayıb. Yeni il aksessuarlarına və dekorlarına 55-60% endirim var. Kampaniyanın ikinci hissəsində qida məhsularına 50%-ə qədər endirim olacaq.

Tarix
2021.12.09 / 14:28
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla