Yuxarı

Xarıbülbül corab üzərində: cəzası ola bilər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarıbülbül corab üzərində: cəzası ola bilər?

Sosial şəbəkələrdə üzərində Xarıbülbülün şəkli olan corabların satışa çıxarılması barədə müzakirə hələ də davam edir. Qarabağ qaziləri, şəhid ailələri, millət vəkilləri Xarıbülbülün corabın üzərinə həkk edilməsini tənqid ediblər.

Bununla bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ölkəmizdə “Dövlət atributları haqqında” qanuna əsasən, müəyyən çap materiallarının üzərində dövlət atributlarının istifadə edilməsi qadağandır:

“Dövlət atributlarının corabların, həmçinin istifadə edildikdən sonra atılması mümkün olan məhsulların üzərində əks olunması doğru deyil. Azərbaycanda dövlət atributları çox müqəddəsdir. Onu ayaq altına atmaq yolverilməzdir. Düzdür, Xarıbülbülün simvol olması rəsmiləşməyib. Ancaq onun statusu bəllidir və biznes qurumları bu cür qeyri-etik hərəkətləri etməməlidirlər”.

Vəkil Səbuhi Axundov isə saytımıza açıqlamasında bildirib ki, Xarıbülbül şifahi olaraq rəmz sayılır:

“Xarıbülbül el arasında şəhidlərimizin xatirəsini, Şuşanın azad olunmasını xarakterizə edir. Xarıbülbülün digər dövlət atributları kimi simvola çevrilməsi ilə bağlı rəsmi qərar yoxdur. Əmtəə nişanı kimi də təsdiq olunmayıb. Əgər əmtəə nişanı kimi qeydiyyatdan keçsə idi, bu halda əmtəə nişanından qanunsuz istifadə barədə Cinayət Məcəlləsinin 412-ci maddəsi işə düşərdi. Bu səbəbdən Xarıbülbüldən hər hansı məhsulun üzərində istifadə məsuliyyət yaratmır”.

Onun sözlərinə görə, İnzibati Xətalar və Cinayət Məcəlləsində bu atributlardan istifadə ilə bağlı istehlakçılara qadağa yoxdur:

“Bəzən mənəvi məsələlərin qanunla tənzimlənməsinə ehtiyac qalmır. Bu, insanların mənəvi dəyərlərə necə yanaşmasından asılıdır”.

Tarix
2021.12.09 / 15:03
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla