Yuxarı

Türkiyə generalları Azərbaycanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən fondların rəhbərlərindən ibarət nümayəndə heyəti YAŞAT Fondunun dəvəti ilə ölkəmizdə səfərdədir.

Prezident yanında Vətəndaşzlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə “Mehmetçik” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Engin Durak, “Elele” Fondunun rəhbəri, ehtiyatda olan general-mayor Taci Kurul, “Eğitim” Fondunun rəhbəri, ehtiyatda olan general-leytenant Kamal Qorxmaz və “Dayanışma” Fondunun rəhbəri, ehtiyatda olan polkovnik Mustafa Dündar daxildir.

Qonaqlar Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər, Şəhidlər xiyabanında və “Türk Şəhidliyi” abidəsində qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla yad edilib.

Sonra nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə görüşü təşkil olunub. Qonaqlara YAŞAT Fondunun yaradılması, məqsədləri və həyata keçirilən tədbirlər barədə məlumat verilib. Fondun şəhidlərimizin ailələrinin və qazilərimizin müraciətlərinin həlli istiqamətlərində reallaşdırdığı dəstək tədbirləri diqqətə çatdırılıb Bundan əlavə YAŞAT Fondu ilə Türkiyə Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərən Fondlar arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivlərinin inkişafı istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində nümayəndə heyəti ASAN xidmətin, Elektron Hökumətin İnkişafı Mərkəzinin, INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, həmçinin ABAD İçərişəhər etno-butikinin fəaliyyəti ilə də tanış olub.

Qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Tarix
2021.12.09 / 17:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla