Yuxarı

DGK sədrinin müavini Con Qoldinqlə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 18-də Dövlət Gömrük Komitəsində (DGK) Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

DGK-dən Axar.az-a bildirilib ki, görüşdə iki qurum arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qonaqları səmimiyyətlə salamlayaraq Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Bildirilib ki, 2021-ci ildə gömrük orqanları tərəfindən Azərbaycandan tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bunun əsas hissəsini heroin təşkil edib.

Komitə sədrinin müavini qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün nümunəvi kinoloji xidmət formalaşdırdığını, gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirib.

Əsgər Abdullayev Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə səmərəli əlaqələrindən bəhs edib, Böyük Britaniyanın Milli Cinayət Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.

Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Milli Cinayət Agentliyinin dünyanın bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq quraraq cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaqdır.

Con Qoldinq Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2022.01.18 / 20:59
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla