Yuxarı

İranla Azərbaycan arasında körpünün təməli qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla Azərbaycan arasında körpünün təməli qoyuldu

İranın yol və şəhərsalma naziri Rüstəm Qasıminin Azərbaycana səfəri çərçivəsində görüşlər bitdikdən sonra Azərbaycan və İran nümayəndə heyətləri İran İslam Respublikasının Astara şəhərinə səfər ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, ilk öncə Azərbaycan ərazisində Astaraçay üzərində tikiləcək avtomobil yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Daha sonra Astara (İran) Yükdoldurma və Yükboşaltma Terminalına baxış keçiriləcək.

Azərbaycan və İran tərəfi layihənin tikintisinin tamamlanması ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində işlərin aparılması və tədbirlərin intensivləşdirilməsinə dair razılığa gəlib.

Təməlqoyma mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Bu gün Bakıda keçirilən görüşdə Azərbaycan və İran arasında körpünün tikintisi ilə bağlı protokol imzalanıb.

Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Tarix
2022.01.25 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla