Yuxarı

Sabunçu və Binəqədidə 175 nəfər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabunçu və Binəqədidə 175 nəfər cərimələndi

Yol polisi avtomobillərin qanunsuz parklanması ilə əlaqədar təkcə paytaxtın mərkəzi küçələrində yox, ətraf ərazilərdə də reydlər keçirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, növbəti reyd Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakıxanov qəsəbəsində baş tutub. Gün ərzində keçirilən reydlərdə 90-a yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Reydlər zamanı qanunsuz parklama xidməti təşkil edən 12-yə yaxın şəxs də müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb edilib.

Analoji tədbir Binəqədi rayonu ərazisində də həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun müxtəlif ərazilərində avtomobillərini əsasən səkilərdə qanunsuz saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qayda pozuntularına yol verən 73 sürücü barəsində inzibati protokol tərtib olunub.

Sabunçu və Binəqədi rayonlarında yol polisi tərəfindən reydlər mütəmadi davam etdiriləcək.

Tarix
2022.01.25 / 18:38
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla