Yuxarı

Qiymətlər qalxan kimi cərimələr də “bahalaşır”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qiymətlər qalxan kimi cərimələr də “bahalaşır”

Neçə illərdir Bakı şəhərində metro tikintisi yüksək səviyyədə aparılmır və tələbatı ödəmir. Təsəvvür edin, “Sədərk” kimi böyük bir yarmarkada, Binədə metro yoxdur. Bakıxanovda illərdir metro açılacağını deyirlər, açılmır. Bütün yükü yalnız avtobus daşımalı olur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

“Avtobus üçün də yeni yol çəkilmir. Avtobus üçün bir zolaq ümumi yoldan ayrılır, bu da tıxacın əsas səbəblərindən birinə çevrilir. Bu yola da çıxanlar cərimə olunur. Cərimə ənənəsi Azərbaycanda artıq vergi və rüsumdan sonra ən aktual məsələyə çevrilib. Müəyyən dərəcədə vətəndaşlar, sahibkarlar vergi və rüsum ödəyirsə, eyni zamanda onun belinə cərimə yükləyirlər. Bunun altından qalxmaq vətəndaş üçün çətin olur. Hər dəfə müxtəlif cərimə formaları gəlir. Deyildi ki, cərimələr artmır. Burada ən ədalətli cərimə 10 manatdan 20 manata qaldırılma oldu. Qalan bütün cərimələr ədalətsizdir. Çünki 20 manat bu gün Azərbaycanın az maaş alan vətəndaşları üçün böyük puldur”, - millət vəkili deyib.

Onun sözlərinə görə, Bakıda 1 milyondan artıq maşın var, amma park yerinin sayı 20-30 min arasındadır:

“Vətəndaş nə etsin? Belə fikir yaranır ki, dünya bazarında cərimələrin də qiyməti qalxıb. Nəyin qiyməti qalxırsa, gətirib Azərbaycanda cərimələrə tətbiq edirlər. Artıq dövlət qurumları cərimələr üzərində istədikləri kimi sərəncam verirlər. Bu, heç də işçilərin sosial müdafiəsinə yönəlmir. Buna ayrı-ayrı məmurların faydasına olan proses kimi baxırlar”.

Tarix
2022.02.01 / 14:10
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla