Yuxarı

Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz yolla gətirilən müxtəlif məhsullar aşkarlandı

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd göstərilən müxtəlif məhsullar aşkar ediblər.

Axar.az xəbər verir ki, daxil olan əməliyyat məlumatı əsasında Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi DAF markalı yük-nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı, nəqliyyat vasitəsinin arxa yük yerindəki çənin içərisində sellofan torbaların və karton qutuların olduğu müəyyən edilib.

Yoxlama zamanı 74 500 ədəd inyeksiya vasitəsinin ucluqları, 49 600 ədəd müxtəlif markalı siqaretlər, 3980 qutu elektron siqaret, üzərində “Azərbaycan Respublikası, alkoqollu içkilər, idxal” yazıları olan 20 000 ədəd aksiz markaları, 24 ədəd müxtəlif markalı mobil telefonlar və 17 ədəd qidalandırıcı cihaz , 6 ədəd smart saat, 55 ədəd kabelsiz əlaqə vasitəsi(ratsiya) və qidalandırıcı cihaz aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.02.02 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

Prezident Estoniya səfirini qəbul etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla