Yuxarı

Şəhidlərin anım mərasimləri keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidlərin anım mərasimləri keçirildi

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a bildirilib ki, Vətən müharibəsi şəhidləri Asiman Əliyev, Teymur Abbasov, Elvin İslamov, Mirsəfa Rzayev, İsa Məhərrəmov, Əlizamin Mustafalı, Rüfət Mustafayev və Nicat Nəbiyevin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, eləcə də döyüş yoldaşları iştirak ediblər.

Anım tədbirlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs olunub, videoçarxlar təqdim edilib.

Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Ölkə Başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin vətənpərvərliyi tərənnüm edən ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Tarix
2022.02.06 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik, amma...

Bizə heç kimin köməyi, himayadarlığı lazım deyil!

Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı...

Hazırkı Ermənistan iqtidarı mədəniyyətsiz açıqlamalarla...

Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - Video

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla