Yuxarı

Bakı-Quba yolunun tikintisi sürətlə davam etdirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, layihədə tikinti işləri 5 hissə üzrə aparılır. Avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihə üzrə 4 körpü və yol ötürücüsü, 5 yolaltı keçid, kommunikasiya xətləri üzərində 2 yükqəbuledici qurğu, 46 müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında 31 min poqonometr beton baryerlərin tikintisi icra olunub.

Hazırda işlər digər hissələr üzrə sürətlə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti ilə davam etdirilir. Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov yolun tikintisi işləri ilə yerindəcə tanış olur, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verir.

23,6 kilometrlik 2-ci hissə üzrə yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılaraq yol yatağı inşa edilib. Hazırda yol əsasının inşası, yol əsası hazır olan ərazilərə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Yeni magistral yolun sözügedən hissəsində nəzərdə tutulan 8 körpü və yol ötürücüsünün, 5 avtomobil tunelinin, 3 yolaltı keçidin, 39 suötürücü düzbucaqlı və dairəvi borunun tikintisi üzrə işlər artıq yekunlaşdırılıb. Sözügedən hissədə tərəqqi 58 faiz təşkil edir.

20 kilometrlik 3-cü hissə üzrə hazırda qazma, dolğu, torpaq yatağının və yol əsasının tikintisi işləri icra olunur. Nəzərdə tutulan 4 körpü və yol ötürücüsü, 8 yolaltı keçid və 55 suötürücü borunun inşası davam etdirilir. Hissə üzrə fiziki tərəqqi 50 faiz təşkil edir.

18,6 kilometrlik 4-cü hissə üzrə hazırda yol yatağının inşası, 45 suötürücü borunun quraşdırılması, həmçinin nəzərdə tutulan 7 körpü və 4 yolaltı keçidin tikintisi işləri icra olunur. Sözügedən hissə üzrə tərəqqi 48 faiz təşkil edir.

Tikinti işləri yeni magistralın 58 kilometrlik 5-ci hissəsi üzrə isə sonuncu mərhələdə davam etdirilir. Sözügedən hissədə yol yatağı və yol əsasının tikintisi, 32 körpü və yol ötürücüsü, 22 yolaltı keçid və 320 suötürücü borunun inşası artıq yekunlaşıb. Hazırda sözügedən hissədə son tamamlanma işləri icra olunur. Fiziki tərəqqi 98 faiz təşkil edir.

Magistral yolda hərəkətdə olan sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə yolun hər iki tərəfdən çəpərlənməsi işləri də aparılır.

Ümumilikdə yeni inşa edilən 150 kilometrlik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru olacaq.

Qeyd edək ki, yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Tarix
2022.02.08 / 20:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı “kəskin mövqeli” Marukyan niyə qovuldu?

Azərbaycanda ceyran dərisinə yazılan Quran satılır – Qiyməti

Bayramov ilk dəfə açıqladı: Berlində bunu müzakirə etdik

Bayramov qazax həmkarı ilə görüşdü - Foto

Şolts aldatmaq istəyirdi, ifşa oldu – Lavrovdan sərt reaksiya

Korsikada "Qlobal"ın çəkilişinə müdaxilə edildi - Video

Türkiyə ilə əlaqələrin dünyada bənzəri yoxdur - Bayramov

AB “missiyası” sərhədimizdən gedəcək? Bəs, Rusiya?

Bayramov Popşoya sülh prosesindən danışdı - Foto

İrəvanla bu görüşlərin vacib əhəmiyyəti var - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla