Yuxarı

Daha bir dairədə tıxac problem həll edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sulutəpə dairəsində tıxacların aradan qaldırılması üçün Nəqliyyat Nazirliyi həmin yolda müəyyən işlər aparır.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, işlər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də davam etdirilir.

Bundan öncə dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edə bilirdilər. Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. Artıq həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilərlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb.

Deformasiyaya uğramış yolun hərəkət hissəsinin bərpa edilməsi işləri də aparılıb. Azəryolservis tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də nəqliyyat vasitələrinin hərəkətində edilmiş müəyyən dəyişikliklər bu ərazidə nəqliyyat axınına müsbət təsir edərək, nəqliyyat sıxlığının azalmasına səbəb olub.

Tarix
2015.08.29 / 14:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla