Yuxarı

Ev telefonları ilə bağlı inanılmaz – Yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ev telefonuna daxil olan zənglər artıq mobil telefona da gələcək.

Axar.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aztelekom MMC yeni "Aztelphone" xidmətini istismara verib. MMC Bakı şəhəri və regionlar üzrə abunəçilərin stasionar telefon nömrələrinin xaricə daşınması xidmətini tətbiq edib. Bu barədə fins.az-a MMC-nin Marketinq və satış departamentinin rəhbəri Razi Tağıyev məlumat verib.

Onun sözlərinə görə, xidmətə qoşulmaq istəyən abunəçilər Telekommunikasiya qovşaqlarına müraciət edə bilər:

Xidmətə qoşulmaq istəyən abunəçiyə loqin və parol verilir. Loqin abunəçinin ev nömrəsi, parol isə istədiyi rəqəmi və ya hərf kombinasiyasından ibarət ola bilər. Bundan sonra növbəti mərhələdə abunəçi ona aid şəhər telefon nömrəsini bu xidmət üçün ayrılmış nömrəyə (0124660000) yönəltməlidir. Bu əməliyyatdan sonra abunəçinin ev nömrəsi onun mobil qurğusuna (smartfon və planşet) yazılan "Aztelphone" proqramı vasitəsilə daşınır.

Abunəçi respublikanın istənilən bölgəsində olduqda ona edilən zənglər və onun istənilən nömrəyə, o cümlədən mobil telefona etdiyi zənglər müvafiq tariflərə uyğun hesablanır.

Bu xidmət çərçivəsində Bakı telefon abunəçiləri paytaxtın ev telefon abunəçiləri ilə istənilən qədər pulsuz danışa bilər. Eyni zamanda Bakı Telefon qovşaqlarının abunəçilərinin də ona etdiyi zənglər pulsuz olacaq. Həmin abunəçi rayon telefon abunəçisinə zəng etdikdə isə dəqiqəsi 5 qəpikdən ödəniş etməli olacaq. Əgər telefonu mobil telefona yönləndirən abunəçi xaricdədirsə, onun rayonundan olan abunəçinin ona etdiyi zənglər pulsuz olacaq.

Qeyd edək ki, xidmətin aylıq abunə haqqı 20 manatdır.

Tarix
2015.08.31 / 17:19
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Libbi Şuşaya niyə getdi? - Millerdən ermənilərə cavab

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

Təcili: Qarabağ erməniləri yürüşə silahla qoşulur – Şok video

İlham Əliyev Qələbə paradında iştirak edəcək? - Uşakov

ABŞ və İrəvan arasında ilk illik qərargah danışıqları oldu

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla