Yuxarı

Bakı-Sumqayıt qatarı yola düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmirinin başa çatmasıyla bu gün ilk işçi qatarı Bakıdan Sumqayıta yola düşüb.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, ilk işçi qatarı ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastruktur departamenti, sərnişindaşıma, rabitə-siqnalizasiya, elektrik-təchizatı departamentinin əməkdaşları yola düşüb.

İşçi qatarının yola düşməkdə məqsədi yola baxış keçirtmək və hər hansı bir çatışmazlıq varsa, aradan qaldırmaqdır.

Qeyd edək ki, artıq Bakı-Xırdalan-Sumqayıt dəmir yolunda əsaslı təmir işləri başa çatıb və sentyabrın 15-də istifadəyə veriləcəyi gözlənilir. Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 kilometr uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 2015-ci il martın 3-də start verilib. Əsaslı təmir işlərini infrastruktur departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. Əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaq.

Tarix
2015.09.02 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla