Yuxarı

Peyvənd olunub, pasportu var, AZAL isə test istəyir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peyvənd olunub, pasportu var, AZAL isə test istəyir - Deputat

Operativ Qərargahın şərtlərinə görə AZAL ilə səyahət edənlər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Vaxt var idi ki, bütün dünya bunu tətbiq etmişdi. İndi isə bu tələb aradan qaldırılmalıdır. Çünki əsəb, gərginlik, öz vətəninə qayıda bilməmə qorxusu, xərcə düşmə riski və s. doğurur.

Axar.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisin bugünkü iclasında deyib.

"Mən iki dəfə ürəyimi ağrıdan hadisəyə şahidlik etmişəm. Bir dəfə İstanbulda, bir dəfə də İtaliyadan uçanda. Gözü yaşlı ana və körpə uşaq da qucağında: ana doğulduğu ölkəsinə, evinə-eşiyinə, balalarının yanına qayıtmaq istəyirdi. PCR testin yoxdur, istəyirsən yıxıl öl, icazə verməyəcəklər. Mən bu yanaşmanın tam əleyhinəyəm və bunu ədalətsiz qərar sayıram. İstanbul hava limanından Bakıda, hava limanında xeyli insana zəng etdim, o qadına kömək edə bilmədim. O isə məni pənah bilmişdi ki, bəlkə deputatın sözünü eşidərlər. Olsun, etirazım yoxdur, qanun qanundur. Amma gerçəklik tələb edir ki, bu qərar dəyişsin.

Hər kəs üç dəfə peyvənd olunub, pasportu var, qızdırması, asqırması və öskürməsi də yoxdur. Bir kağız parçasını bu qədər qiymətə, qanuna, ciddiliyə mindirib, vətəndaşları incitmək yolverilməzdir. Biri gecikir, PCR ala bilmir, biri ucuz yer gəzir, o biri təcili uçur və ya gəlir. Dəyərmi buna? O qədər qanunlarımız, o qədər ənənələrimiz, o qədər öhdəliklərimiz var ki, bir qəpik qiymət qoyulmur. O qədər vəzifəli şəxs var ki, vətəndaşları incidə-incidə, dövlət büdcəsini talayıb, manatı qiymətdən salıb, bank sistemini yerlə-yeksan edib, xalqın verdiyi vergidən formalaşan büdcə ilə özünə biznes imperiyası yaradıb, hələ də davam edir. Onlara qarşı sərt olaq!

PCR test tələbi ləğv edilsin, antigen və ya birdəfəlik test üsulu lazımdırsa, tətbiq edilsin, quru sərhədləri açılsın və gözü yollarda qalan otellər də işlək vəziyyətə gəlib 5-10 nəfər kasıba çörək qazandırsın. Bu mənim dəyişməz mövqeyimdir", - deputat qeyd edib.

Tarix
2022.04.12 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla